Yeni Ürək

Hər dəfə bu video çarxla başlayan və  tərcüməçi kimi  fəaliyyətimin ilk işi olan “Yeni Ürək” serialı..

Keçən ilin (2009) Noyabr ayı idi. Bir qrup yoldaşımla Xəzər TV-yə getdim və beləliklə kino tərcümələri ilə bu işə başladım. İlk dəfə sınaq kimi “Pis qadın Yaxşı qadın” adlı serial verildi bizə amma sonradan yayımlanmaq üçün “Yeni Ürək” serialı daha münasib görüldü və başladıq işə..İlk başda çətinliklərim oldu (əsasən Korea adları ilə bağlı 😀 )çünki bu işdə ilk addımlarım idi, bu bir tərəfə qalsın, bu kino sırf ürək cərrahiyyəsinə aid terminlərlə zəngin idi və iki cümlədən bir lüğətə baxmalı ya da Gürcüstanda tibb təhili alan bir dostumdan kömək istəməli olurdum 🙂 Sonradan, hər tərcümə etdiyim seriya ilə həm tibbi terminlərə, həm filmdəki qəhrəmanlara, həm də işimə öyrəşdim. Uşaq üzlü Nam He Sok, şıltaq və şirin Unsong, ciddi, tələbkar və xəstələrin həyatını öz həyatından üstün tutan Doktor Çoy, komik və mırt Bay Day Ro dostlarım oldular. Evdəkilərdən çox onları görürdüm 😀 Elə bil öyrəşmişdim onlara. Hər dəfə tərcümə edib səsləndirdikcə onların dünyasında olmaq, nə hiss etdiklərini hiss etmək, real insanlar kimi qəbul etmək böyük həzz verirdi mənə 🙂

İndi bir az serialın mövzusu barədə..Bu Korea dramı Quançı Kliniki Xəstəxanasında çalışan və internaturada olan ürək cərrahları haqqındadır. Hadisələr əsasən baş qəhrəmanlar olan məşhur ürək cərrahı Çoy Kanq Quk (Cho Jae-hyun), Tibb Universitetinin yeni məzunları  Li Unsong (Ji Sung) və Nam He Sok (Kim Min Jung) ətrafında cərəyan edir. Bu seial mənim üçün xüsusilə əhəmiyyətlidir. İlk sevgi kimidir…:) Həm də sadəcə tibbi terminlərdən ibarət quru bir əsər yox, müxtəlif həyatları  əks etdirən, vəzifə uğrunda necə hiylələrə əl atan vicdansız kəslərin olduğunu göstərdiyinə görə. Bəzən insanın inkişaf etmiş müasir tibb qarşısında belə necə aciz qaldığını, bəzən də adi bir qələm ilə ( qələmi xəstənin böyrünə sancmaqla. Tibbdən başım çıxmır necə olduğunu dəqiq yaza bilmirəm 😦 ) insan həyatının qurtarmağı mümkün olduğunu göstərən bir əsər olduğuna görə. Hətta elə səhnələr olub ki, tərcümə edərkən çox kövrəlmişəm. Çarəsiz bir insanın ah-naləsini səsləndirərək tərcümə edərkən kövrəlməmək mümkün deyil 😦

Bir dəfə də ürəyin bayıra çıxarılıb kənarda üzərində əməliyyat olunub yenidən yerinə salınmasını və əllə masaj olunmasını tərcümə etməli oldum :S  Oyy..ətim ürpəşdi…Mən o gün yemək yeyə bilməmişdim 😀

Filmi daha da maraqlı edən Unsongla Nam He Sok arasındakı sevgidir. Onlar xasiyyətcə tam ziddirlər. Unsong bir əyalətdə  uşaq evində böyüyüb amma çox şən, gülərüz və şirindir ( mən çox sevirəm onu), cərrəyyədə elə də təcrübəli deyil amma bacarıqlıdır və Quançi Xəstəxanasına gəlmək ən böyük arzusudur. Burada tanıyıb sevdiyi Nam he Sok isə Universiteti birinciliklə bitirmiş, bacarıqlı amma soyuq, ciddi, sevgidən uzaq bir qızdır. Ürək Cərrahiyyəsində internaturalıq üçün cəmi iki yer var və ikisi bu yeri qazanıb öz bacarıqlarını sübut etmək üçün əllərindən gələni edirlər. Qazanırlar. Birlikdə yaşayırlar, işləyirlər və sevirlər 🙂 Unsong öz təbiiliyi, mehribanlığı və qayğısıyla (əsasən Nam he Sok xəstə olarkən) Nam He Sokun sevgisini qazana bilir. Əvvəlki soyuq Nam he Sok indi Unsongu çox sevir və daha humanist, xəstələrə canıyanandır. Bu ikisinə o qədər öyrəşmişdim ki, birləşmələrini necə istəyirdim, ele bil real insanlardı…Unsongla Nam he Soka aid ən maraqlı səhnələr isə burada aşağıdakı linkə…Çooox şirindilər baxın! 🙂

6 comments

  1. Bəyəndim 🙂

    Filmi tərcümə zamanı yaşadıqlarına daha çox yer versəydin kaşki 😀 O, daha maraqlı idi 😀

  2. Babaya qatiliram :))

  3. saolun 🙂
    Ok bir dahakine nezere alaram 😀

  4. Ayten · · Reply

    Salam kinonun tercume variantini tapa bilmirem..yukleye biliersiz zehmet olmazsa?

  5. Yenə olsa yenə baxaram.

  6. dublaj variantina hardan baxmag olar Turkan ?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: