Sevimli dilənçim..

Bu  yaşlı qadını son bir aydır  işə gedərkən və işdən qayıdarkən hər gün görürəm. Mən heç vaxt yoldakı dilənçilərə, onların görünüşünə və ya hərəkətlərinə fikir vermirəm. Amma bu yaşlı nənə nədənsə çox diqqətimi çəkir. Səhər tezdən axşam saatlarına qədər  Sahil metrosundan “tarqovu”ya qədər hər yanı gəzir. Beli elə bükülüb ki üzü görünmür. O halıyla əlindəki əsası ilə bütün gün gəzib dilənir. Əslində əziyyətdən qaçıb dilənən insanlardan heç xoşum gəlmir. Hələ özünü yalandan əlil kimi göstərib insanların yaxşı niyyətlərindən istifadə edənlərdən  iyrənirəm. Amma bu nənəyə qarşı məndə heç bir antipatiya yoxdur. Əksinə, onu görəndə özümü çox qəribə hiss edirəm. (Yazığım gəlir demək istəmirəm)  O yaşda kimsəsizdir,  küçələrdə və ona-buna möhtac yaşamağa məcburdur. Hər gün onu yolumun üstündə görməyə o qədər öyrəşmişəm ki,  onu daha dilənçi kimi də görmürəm. Heç adını, kimliyini, millyyətini də bilmirəm. (Amma rusa oxşayır)

Açığı, ona hər dəfə pul vermək istəyirəm amma çəkinirəm. Hərçənd ki, o pul yığmaq üçün bütün gün yollardadır, mənə elə gəlir ona  çıxardıb “20 qəpik” versəm xətrinə dəyər ya özünü alçaldılmış hiss edər.  Əlbəttə ki xəsislikdən deyil. Gülməli səslənə bilər amma mən belə fikirləşirəm. Eyni mövzunu Əhməd Muxtarla da müzakirə edəndə mənə dedi hamı sənin kimi fikirləşsə nənə ac qalar 🙂 ( Yeri gəlmişkən, yazımda yerləşdirdiyim şəkil də woman forum dan götürülüb və Əhməd Muxtar tərəfindən  çəkilib.) Düzdür, mənim belə fikirləşməyim nənəyə sərf eləməz  amma onu görəndə elə bil həyatın əsl üzünü görürəm və ağlıma hər dəfə bu gəlir:

“Gələcək çox qəddar və gözləmədiyin hadisələrlə doludur”  Gələcəkdə kim olacağını, necə və harada yaşayacağını doğrudan da heç kəs deyə bilməz. Kim bilir bəlkə həmin nənə cavanlığında “ministir qızı” olub, dilənçi kimi gəzdiyi yollarda bəlkə özü əvvəllər dilənçilərə pul paylayıb.  İndi kimsəsizdir, dilənməyə məcburdur.  Kim bilir biz yaşlananda necə olacağıq. Nə qədər çalışıb-vuruşsaq da bəzən əldə etdiklərimiz (ya da edə bilmədiklərimiz) gözlədiklərimizdən fərqli olur. Yəni gələcəyin insana nə vəd edəcəyi bəlli deyil. Hətta çox şey insanın öz əlində olsa belə! Amma nə də olsa yaşamağa dəyər! O nənə kimi yaşlanıb çoxlarına həyat nümunəsi olmağa da..

14 comments

  1. Niyə 20 qəpik verməmisən? Verməmək səbəbin isə bəhanəndi məncə =)) Yaşlı dilənçilərə pul vermək üçün 10 addım arxaya qayıdan gəncləri gördüm keçən gün.. Eyni yolu gedirdik, bilirdim ki, verməsəm peşman olub qayıdacam və onlar kimi iyirmi addım geri düşəcəm =))

    P.S əslində dilənçiyə ayda ildə bir dəfə pul verəndə mənəvi cəhətdən sənə xeyir olur ona isə həmişə ziyan, amma bu yaşlı dilənçilərə aid deyil məncə

    1. yo Orxan bahane yox yazdim da dilenci kimi gormurem ona gore )) amma sen gorende ver 20 addim geri dussende hec ne olmaz ))

  2. Mən nadir hallarda dilənçiyə pul verərəm.O da heç vaxt ilk səfərdən olmur.Yanından keçib gedirəm.Necə olursa geri qayıdıram birdə.Sonra verirəm.
    Bir də çox xoşbəxt olanda verirəm.Bilmirəm, daha nə ad vermək olar.Amma elə edirəm

  3. Dilənçilik üzərindən böyük biznes qurulduğunu hamı bilir və çoxumuz da bunun bir şəkildə şahidi olmuşuq. Çəkinmədən də etiraf edirəm ki, indiyə qədər heç bir dilənçiyə pul verməmişəm və hələ ki, verməyi də düşünmürəm.
    Fotonu gördüm bir şey yadıma düşdü. Bu şəkildəkinə çox oxşayan yaşlı bir qadın hər axşam universitetin yanında salfetka satır. Bəzən ehtiyacımız olmadığı halda və ya hərhansı bir marketdən alacağımıza ondan salfetka alırıq. O qadın dilənçilik edərək də pul qazana bilər amma yəqin ki, bunu özünə sığışdırmadığı üçün ən azından “alver edir” və haqqı ilə pul qazanır.
    Yeri gəlmişkən, qəşəng fotodur 🙂 “Qızıldan küçə”də dilənçi…

  4. Ferhad, o salfetka satan qadın özü də yəqin elə tək qalıb ki o yolla özünü yola verir. Bu da dilənməklə. Əslində o qədər yolları gəzməkdənsə bir yerdə oturub salfetka da sata bilər ee yəqin bilir ki bu camaat buna baxan deyil heç olmasa belə diqqət çəksin. Hərhalda salfetka satsa da dilənsə də bu yaşda bu vəziyyətə düşmək acınacaqlıdı.
    bu arada, “qızıl küçədə” dilənçi postun adı kimi getsə də pis olmazdı 🙂
    bir də yeri gəlmişkən, bu nənə Romantikdən shopping edib gəlir deyəsən 😀

  5. Elə bir zamanda, elə bir ölkədə yaşayırıqki…

    Dilənçiliyi biznesə çevirənlər daha çox olduğu üçün, birini görəndə həmişə düşünürsənki, bunun həqiqətən ehtiyacı var yoxsa saxtadı? Ehtiyacı varsa, pul vermədin deyə narahat olursan. Saxtadısa da, pul verdin deyə özünü “sazan” kimi hiss edirsən!

    Ölkəmin “gözəlliyi”dir, bunlar hamısı!

  6. Baba, ümumiyyətlə götürdükdə sənlə razıyam amma söhbət sırf bu qadından gedirsə mən bunda biznes quracaq hal görmürəm 🙂

  7. Gumush xosbext olanda dilenciye pul vermek yadina dusur? duzu menim yox )))

  8. menim temamı tez oğurladı))

    1. men de sene deyecekdim ki temami ogurladin 😛

  9. çox maraqlı düşüncə tərzin var, dərinə enə bilirsən) sənin bu yazın adama nəsə yaratmağa ilham verir 🙂

    1. Saol Urfan tesekkur )) yarat gorey ne yaradirsan ))

  10. Əvvələr hər gördüyüm dilənçiyə pul verərdim. Amma, son vaxtlar eləcə yanlarından keçirəm.
    Dilənçilər belə asan pul qazanmağa öyrəşiblər artıq. Onları aparıb bir işə düzəltsən belə yenidən dilənəcəklər. Çünki zəhmətdən qaçırlar. Krizis vaxtı hələ 1 manata keçmişdilər. Yardım etmək lazımdıyee.. amma, həqiqətən ehtiyacı olanlara, elə bu nənə kimi

  11. status · · Reply

    Dilencilerin coxu saxtakarliq ederek pul qazanirlar amma bunu bu yasli neneye samil etmek duzgun deyil cunki ola biler tequd almir ve ya imkani.ailesi yoxdur bunun yasda nenelerin coxunun imkani yoxdur yeni buna 20 qepik vermekle hec ne itirmezsen sen puluvu ver savabini qazan gunahi dilencinin boynuna men hemise dilenci gorende ister-istemez yazigim gelir pul verirem bir defe dilencinin yaninda kecdim qayitdim sonra pul verdim insanin ureyi dozmur cetin heyat terzi sabah bizede bunu teleb ede biler ona gore hec kim ozunden razi danismayin heyatdi bu

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: