Status xəstəliyi

What’s on your mind?…

Facebookun insanların həyatına necə təsir etməsi artıq göz qabağındadır. Facebook aludəciləri əvvəlcə harada və kim ilə nə etdiklərini hər dəqiqə statusda yazırlar. Şəxsin profilinə baxırsan, azı hər 10 dəqiqədən bir status dəyişir. Mən hələ bir qız tanıyıram, dərs danişmağa durmazdan əvvəl yazıb…”bir azdan dərsə cavab verməliyəm çox həyəcanlıyam..”  dərsi danışıb gəlib oturub yerində..”Oofff..müəllim ağzımı açmağa imkan vermədi həyəcandan nə danışdım bilmədim”  Open-mouthed smile

Bu heç… Mən özüm o qədər elə yazmışam ki Smile Ammaaaa…faciəlisi odur ki millət şəxsi həyat anlayışını artıq unudub nə deməkdi! “Home page” imdeki bezi mənasız  statuslara baxanda ətim töklülür! Ona görə FB dan indi elə də xoşum gəlmir, elə bil “moddan düşüb”. Ay Mİllət! Bəsdi də şəxsi həyatınızı ucuz edib hər “update” olunan statusla hamıya “açot” verdiniz! Maşallah nə problem oldu hamısı statusda, oxu bil kim kimlə ayrıldı kim kimə xəyanət elədi! Maqazin proqramları yalan oldu! Xəyanət görən də özünə sığışdırıb statusla aləmə car çəkir, ən yaxın “dostiklər”in əttökən təsəlli verici commentləri, xəyanət edəni pisləməsi, “əşşşiii sənə layiq deyildi fikir verməəə…”kimi mənasız söhbətləri, bla bla bla…ooofffff……Facebook həqiqətən çox darıxdırıcı olubmuş Confused smile

Ən güləmli situasiya..Həmin xəyanət görən və “O” nu bir də bağışlamayacağını deyən insanın 2 gün sonrakı statusu..

“Wooooow supppeeerrr mən çox xoşbəxtəm..mən onu sevirəm bir də ayrılmayacağıq …”(guya) 😀

sonra yenə aşağıda həmin o dostiklərin commentləri.. “aay nə yaxşııı onsuzda siz bir-birinizə çoox yaraşırsız …Axıracan olsun.. ”

NO COmment! Smile

Zarafat bir yana, kim nə status yazır nə vaxt “update” edir mən əlbəttə qarışa bilmərəm hamı özü bilər, amma məncə düşünməyə dəyər ki, şəxsi həyatımız statuslara daşınacaq qədər ucuz deyil axi !!!!  Üzləşdiyimiz hər xırda problemi statusda yazıb özəlimizi hamıya göstəririksə Facebookun  həqiqətən  insanların həyatını artlıq necə dəyərsizləşdirdiyinə bir də əmin oldum! Öpürəm!!! ( bu nidanı da Babadan öyrənmişəm Open-mouthed smile )  LİKE! 

23 comments

  1. Hamini hide ele, bir menim profilimi izle, pesman olmazsan 😛 :))

    1. OK ))) Hami yox bəziləri yazır elə )) yazık yaaa turkler demiş, dedim bəlkə düzələr də 😀

  2. Hələ hələ mənim də hərdən şou göstərdiyimi deyənlər var Deməli Turalı izləmək elə də vacib döyül ))

    1. Aynur səndə hələki elə bir şey görməmişəm 🙂

  3. Amma artıq şəxsi həyat haqqında azyaşlılar daha çox yazırlar))Həə dəyərsizləşdirdiyi ilə 100% razıyam..İnsanları robota döndərir.

  4. Facebook kimi sosial şəbəkələrin məqsədi elə budur: insanların həyatlarını mümkün qədər virtuala daşımaq 🙂

    1. insanlar önceleri çiftlikde yaşadı, sonra şehirlerde, şimdi de internetde yaşayacaq :)) you know whom this comment come from :))

  5. Jalə yaşın nə fərqi var ki 😀

  6. ” dostik” sözünə nifrət edirəm.(grouchy)
    sohbeti tutmaq gerek,hakışta:D

    son cümleye cavabdeh deyilem:D

    1. Farhad duz buyurdun ))
      Gumuuuss men de nifret edirem dostik sozune ))) kiss grouchy 😀

      1. niyə elə deyirsiniz? dostikin dəbdə olan vaxtları var idi, mən uşaq idim onda 😀

  7. sevdim 🙂
    Məni daha çox bezdirən, gic-gic applicationlardı. Mənasız, şit və s. 😀

    Mənə də bir mövzu çıxdı, təşəkkür 😀

  8. qiz yaradir da…halaldi sene…raziyam:))

  9. Orxan_23 · · Reply

    Düz deyirsiz…bu ‘dostik’ sözü deylende allergiyam başdayırda..:)

  10. Baba gəl mövzu mübadiləsi edək postdan post doğarmış 😀 menasiz notificationlari da unutmayaq 😀

  11. Red in Me · · Reply

    ‘……deyildi fikir verməəə…”kimi mənasız söhbətləri, bla bla bla…ooofffff……Facebook həqiqətən çox darıxdırıcı olubmuş’ – demeli ne vaxtsa sizin uchun maragli olub 🙂

    1. maraqlı olub deyəndə ki əvvəllər be qədər söhbət çürütmək olmurdu facebookda. ən azından mənim dost siyahımdakılarda 🙂 axır vaxtlar hə darıxdırıcı gəlir. elə bil postda da qeyd etdiyim kimi, FB moddan düşüb 🙂

  12. Maraqlısı odur ki, bu cür ucuz söhbetleri yazan insanlar niye sizin dostluq siyahınızdadırlar? .))

    1. he )) zəif anlarına düşüb yazıblar 🙂

  13. məndən soruşsaz facebook-un alternativi olmadığı müddətcə moddan düşən deyil. xüsusilə də user friendly olmağı, ünsiyətin rahatlığı, dizaynı, aludəçilik yaratmağı və s. hamısını göz önündə tutub fikirləşəndə görürsən ki, çətin məsələdi. amma dediyin kimi, şəxsi həyatı bir balaca özümüz senzuralayıb sonra ortaya qoysaq yaxşı olar. çünki facebook sadəcə şəxslər yox qurumlar üçün də böyük resursa çevrilib. bu qədər insan database-inə sahib bir online resurs bəzi qurumlar üçün göydəndüşmə olub. ona görə diqqətli olmaq lazımdı.

  14. Hamısı Zuckenbergin günahını…. Amma facebooksuz da qəribə olar həyat))))))))) Bu yaxınlara kimi millət depressiyaya düşmüşdü. Kimsə Milli.Az xəbər portalı adından facebook-un mart ayında bağlanacağı haqqında fake xəbər yaymışdı, day camaat az qalmışdı çıxsın göydələnin təpəsinə, özünü atsın aşağı…
    Neyniyəsən, facebooksuz yeniyetmə həyatı çox darıxdırıcı olardı)

  15. Facebbok belədi də, “dostik”lərin sayı artdıqca mənasızlaşma prosesi tezləşir. Hələ arada baxırsan “dostik”ləri tanımırsan – bu kimdi belə və mənim dostlarımda nə gəzir?! Adı dəqyqədə bir dəyişirlər, qalırsan belə 😀 Hələ mənasız taglar və onlara gələn notificationlar… Aaaaaa!!! 😀
    p.s. Like elədim! 😀

  16. Bu statuslara yene bir teher dozmek olur.. en pisi dostlarin bir coxunun face de oyun oynayib, her gun eyni oyuna yuz defe devet gondermesidi :(((

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: