2010-un “İN” ləri və “OUT” ları

2010-cu ilin bitməsinə az qalıb. Müşahidələrimə əsasən, bu il ərzində gənclərin daha çox hansı məşğuliyyətlələrə meyl etməsini, gənclər arasında nələrin dəbdə, yəni İN və nələrin OUT olmasını sizinlə bölüşürəm.

İlk olaraq Xaricdə Təhsil

İndi kimi dindirsən xaricdə təhsil almaq istəyir. Çoxu da buradakı universitetlərdə “gün” gördükdən sonra xaricdə Magistr dərəcəsi almaq üçün çalışır. Bunun üçün də açar olan TOEFL, İELTS balları, üstəgəl GRE, GMAT nəticələri lazımdır ki, bunun üçün gənclər tütorların yanına, müxtəlif kurslara üz tuturlar. Bu zaman həm kurslar qazanır, həm də tələləbə xairici universitetə qəbul olmaq üçün əsas kriteriya olan dil biliyi göstəricisi – Sertifikat əldə edir. Sonra universitetə qəbul olunsa da hər şey bununla bitmir. Əsas problem qalır- maliyyə! 

Bu il xarici universitetlərə müraciət edənlər hamişəkindən çox oldu. Dövlət Proqramından bir xeyir gəlməyəcəyini görən tələbələr alternativ proqramlara (Erasmus Mundus, Fulbright, Edmund Muskie, DAAD və s) üz tutdu. Elə biri də mən özüm. DAAD-dan müsbət cavab gözləyirəm Smile

Və ilin yekunu…

Azərbaycanda təhsil _ OUT, Xaricdə təhsil _ İN


“Mən də gitaranı öyrənmək istəyirəm!..”

İndi hamı bu cümləni deyir. Gitarada ifa etmək gənclər arasında indi çox məşhurdur. Xüsusuən bu il gitara dərsləri verən kursların sayı artdı, məsələn  İB Club un nəzdində də gitara dərsləri oldu.

Gitarada ifa ilə yanaşı latino rəqsləri də dəbə mindi və milli rəqsə yazılanlar da latino rəqslərini öyrənməyə başladı, milli qaldı bir kənarda. Deməli belə bir nəticə çıxır:

Tar-kaman və milli rəqslər – OUT, Gitara, latino rəqslər – İN

Hola! ¿Cómo estás?

Mən də daxil olmaqla çoxunun xoşladığı İspan dili. Elə gitaraya, latino rəqslərə həvəsi olan bu dili də öyrənmək istəyir. Həm gözəl səslənir, həm də öyrənilməsi asan dildir. İngilis dilini hamı öyrənir deyə xüsusən bu il  fərqlilik edib ispan dilini öyrənənlərin sayı artdı. İndi dəbdə ispan dildir! Nə qədər ağır olsa da deməliyəm…Smile

İngilis dili – OUT, İspan dili – İN


FotoQraf

Sən demə bizdə hamı foto həvəskarı imiş Smile Facebookda nə qədər “I love photo” tipli qruplar, “page” lər var!!! Dəhşət! Fotoqraflıq bir incəsənət növüdür! Mənim fikrimcə digər incəsənət növləri içində son günlərdə hətta ən çox simpatiya qazanmış incəsənət növüdür!

Digər incəsənət növləri- OUT, Fotoqraflıq- İN


Və ən sonda..2010-cu ilin Yaz-Yay kolleksiyasından ən İN olan Bloqçuluq

Bu il bloqçuların sayında elə bil  “boom” oldu. Əsasən də Gənc Bloqçular Şəbəkəsinin bloq təlimlərindən sonra yeni bloggerlərin sayı artdı. Bloqçuluq müəllifə öz fikrini yazmağa imkan verir, commentlərlə fikir mübadiləsində ola bilirsən və şəkillər, videolardan istifadə edə bilirsən və bloqunu müxtəlif temalarla dizyn edə bilirsən. Bu və digər üstünlüklərinə görə gənclər bloqçuluğa həvəs göstərir. İndi gənclərin çoxu və əksər internet istifadəçiləri informasiyanı əvvəlki kimi qəzet və TV  dən yox, bloqlardan əldə edir. Deməli..

Ənənəvi media – OUT, Yeni Media/ Blogging- IN

Bəlkə də indidən belə bir hesabatın verilməsi düzgün olmaz amma ilin sonuna onsuzda az qalıb, inanmıram ki, nəsə dəyişiklik olsun Smile Bir də qeyd edim, bu yazını öz şəxsi müşahidəmə əsasən yazdım və kimsə razı olmaya da bilər 🙂

İndidən 2011-də hamıya uğurlar! Smile

3 comments

  1. Çox maraqlı təhlildir! Bloqlara və bloqçuluğa Azərbaycanda diqqətin artması gözəl bir haldır! İnternetdə boş vaxt keçirməkdənsə, bloq yazıb, həm öyrənmək, həm paylaşmaq, həmdə yeni tanışlar əldə etmək yaxşıdır 🙂

  2. Həə, bu arada, DAAD’dan gözlədiyin cavab necə oldu?

    1. Cox sag ol Ferid ))
      DAAD hele Aprelde bilinecek

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: