Azərbaycan…Azərbaycan!!!…

12-20 iyul tarixlərində İrəli İB-nin üzvləri ilə Turkiyə-Azərbaycan Gənlərinin Dəyişimi fəaliyyət proqramıyla Türkiyədə kecirdiyimiz 8 gun ərzində bir çox maraqlı yerlərdə olduq, çox gorməli yerləri gəzdik. Yenə də elə vaxtlar olurdu ki, (əsasən yemək vaxtları 🙂 ) iki olkəni muqayisə etdikdə “yenə də öz yerimiz, öz yeməklərimiz” deyirdim. Amma….deyəsən tez qərar verdim. Yenə peşmançılıq, yenə də məyusluq! Öz tarixinə və bu tarixin əsl qurucularına bizim qədər hormətsizlik edən ikinci bir xalq yer uzundə tapılmaz. Bu realığı çox acıverici və utandırıcı şəkildə bir daha “üzümə vuruması” isə sözün əsl mənasında biabirçılıq idi…

Ankaraya səfərimizdə Anıtkabirdə Mustafa Kamal Ataturkun məzarını ziyarət etdikdən sonra getdik o möhtərəm və xatirəsinə cox hormət etdiyim insanın qəbrini ziyarət etməyə. Məmməd Əmin Rəsulzadənin! Məmməd Əmin Rəsulzadədən danışıram..adi, hər hanı bir Məmməd ya Əhməddən yox! Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Demoratik Respublikasının banisi, Azərbaycanda Xalq Cumhuriyyətinin qurucusu, yəni bu ölkənin ozəlini qoyan bir insandan! İlahi..ona layiq görülən məzar acınacaqlı gundə idi!..Qəbir Ankaradakı məzarlıqların birində ( tanımıram deyə yerini dəqiq yaza bilmirəm) 28 May küçəsində yerləşir.

Hələ uzaqdan gorunən bayrağımıza baxanda bilmək oldu vəziyyət nə yerdədir. Bəlkə də abidə tikilən vaxtdan(2008-ci ildən) asılıb qalıb, çünki solğun və rəngləri qarışmışdı. Amma bizi də qınamaq olmaz. Axı “bir kərə yukləsən bayraq bir daha enməz!” Soruşsalar “fəxrlə” gostəriləcək Azərbaycan Respublikasının dövlət rəmzlərindən biri – dövlət bayrağı bu idi..Əhsən! Bu da həmin bayraq..

Bayrağı uzaqdan görəndə gözüm nəsə böyük bir abidə axtardı. Hərhalda Rəsulzadənin qəbrini görəcəkdimsə avtomatik olaraq boyuk bir abidə ya bir məqbərə gozləyirdim.Saflığa bax..kənarda özumüzə utancdan başqa nə qazanırıq ki biz! Balaca, üstü toz-torpaq basmış, üzərində köhnə Azərbaycan və Turkiyə bayraqları “dalğalanan”, kənarda qalmış, milləti tərəfindən unudulub atılmış bir məzar! Hələ Anıtkabiri görüb ora gedəndən və yanımızdakı türklərin də oz liderlərinə necə sahib çıxıb hörmət etdiklərini görəndən sonra utanmamaq mumkun deyildi! Biz Azərbaycan gəncləri orada o qısa müddət ərzində əlimizdən nə gələ bilərdisə etdik. Köhnə bayraqları dəyişib yerinə təzəsini asdıq, məzarın üzərini yuduq, təmizlədik. Oxuduğumuz Azərbaycan dövlət himnini isə Rəsulzadə bəlkə də çoxdandır eşitmirdi!! Biz orada əlimizdən gələni eləsək də, yarım saatlıq ziyarətlə iş bitmir. Turkiyədəki səfirliyimiz bu məsələyə cavabdeh olmalıdır. Yaxşı, mən onları da qoyuram bir kənara, bizim Turkiyədə yaşayan soydaşlarımıza, orada oxuyan tələbərə nə gəlib? Lazım olanda hamısı Antalyada 5 ulduzlu otellərdə dincəlmək üçün o qədər pul xərcləyərlər amma  Rəsulzadəni yada salan yoxdur. Yəqin onlar da fikirkəşir bu dovlətin işdir bizə nə..Elə olsun, hamı atsın biri-birinin üstünə, gorək axırımız nə olacaq!!! Yeri gəlmişkən, qeyd edim ki, mən şöhrətpərəstlik xatirinə demirəm ki, ona nəhəng bir abidə ucaldılmalıdır. Məsələ orasındadır ki, bu gördüyünüz abidə də biz Azərbaycanlılar yox, Türkiyə hökuməti tərəfindən ucaldılıb.

Minnətdəram! Bizim borcumuz olanı başqaları edib! Heç etməyə də bilərdilər amma onda görəsən biz hansı abidəni ziyarət edərdik. Hec yeri də məlum olmazdı. Mən əminəm ki, Azərbaycanın əsl liderinin, ölkəmizin qurucusunun məzarının yerini Azərbaycanda hec kəs tanımır və hec kəsin yadına da düşmür! Bu da Azərbaycanlı olduğum üçün xəcalət cəkməyə başqa bir səbəb! Yəqin indi başa duşdunuz o ləzzətli yeməklərimizin, səfalı guşələrimizin yerini hec nə verməsə də niyə tez qərar verdiyimə sonradan peşman oldum…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: