EvƏdar qadın

“Qadın gülərsə bu ıssız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək !”

Allah rəhmət eləsin sənə ey Hüseyn Cavid! Kaş ki, sənin bu sözlərini çoxu başa düşə biləydi!..

Təəssüflər olsun ki, hələ də qadına “süpürgə” kimi baxan, qadının yeri mətbəxdir deyən və  “əsl qadın evdar qadındır” məntiqi ilə (daha doğrusu məntiqsizliyi ilə) öyünən insanlar az deyil.  Nə olsun ki, XXI əsrdə yaşayırıq..başqaları  kosmosa səyahətə çıxırsa, okeanın dibindən ekzosferə qədər bütün aləmi örənirsə bundan bizə nə? Axı bizim başımız daha mühüm məsələlərə qarışıb..Qız, gəlinlərimizin  “namusunu qorumaq”, məktəbi ya da universiteti qurtaran kimi qızı ” məsləhətli” bir ailənin oğluna ərə vermək, bozbaş bişirtmək və hətta lazım olsa “əlinin tərsi” ilə dərsini vermək. Çox heyf !!!

Bu bloq yazısını yazmazdan əvvəl cəmiyyətin qadına olan münasibəti haqqında bir də əmin olmaq üçün çıxdım virtula səyahətə. Çıxmaz olaydım! Forumlardan birində oxuduğum yazıya bir baxın (…) “Qızı müasir böyütmək olmaz. (…) İndi hamı müasirlikdən danışır. Müasir qızlardan danışır. Amma işin əslinə gələndə yəni sabah evlənmək qərarına gələndə artıq müasir yox məhz saf, əxlaqı yüksək, tərbiyyəli qızlardan danışacaqlar və seçimlərini onların üzərində edəcəklər. Ömrümdə belə mənasız fikirlərlə rastlaşmamışdım. Məgər müasir olmaq  əxlaqsız olmaq deməkdir?  Sən demə hələ də bu cür dar düşüncəli insanlar var imiş 🙂  Günahdır, qadağandır, “mentalitetə” ziddir bəhanələri ilə qadının həyatını zindana çevirmək özü nə dərəcədə düzgündür?  Hər şeydən əvvəl qadın insandır, onun da öz hüquqları var və bu hüquqlarını pozmaq insan haqqlarına zidd davranışdır. Üstəlik nə bahanə  kimi göstərdikləri  dinimizdə, nə də konstitutsiyamızda qadına qarşı belə amansız rəftara yol verilmir. Müasir olmaq ya olmamaq qadının öz seçimidir və buna heç kəs qarışa bilməz. Ən azı “qadın hüquqlarına” da görə yox, “insan hüquqları”na görə!

Gələk “evdar qadın” məsələsinə…

ümidsiz..

Yuxarıda da qeyd etdiyim kimi, ” əsl qadın evdar olmalıdır” deyən kişilər görəsən özləri öz məsuliyyətlərindən xəbərdardırlarmı? Ailəyə baxmaq, həyat yoldaşına qarşı sevgi və qayğı ilə yanaşmaq kimi vəzifələri olduqlarını bilirlərmi? Məncə yox!  Belələri ancaq səhərdən axşama kimi  çayxanalarda “şeş-beş”  oynamağı, yoldaşına qul kimi rəftar etməyi,  yeri gələndə xəyanət də eləməyi bacaran kəslərdir. Ancaq qadının dəyərini anlamayan bir kimsə düşünə bilər ki, qadının vəzifəsi axşam əri işdən qayıdanda onun nazını çəkib qulluq etmək, bütün gün mətbəxdə biş-düşlə məşğul olmaq və uşaqların qayğısını çəkməkdir. Halbu ki….Maddə 34. Nigah hüququ. IV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bir nəfər bu insanlara başa salmalıdır ki, hətta bəh-bəhlə içdiyiniz pivəni də  o xor gördüyünüz qadınlar ixtira edib 🙂 (Tarixçi və yazar Ceyn Peyton  (Jane Payton) aşkar edib ki, pivə içmək səlahiyyəti qədimdə ancaq qadınlara aid olub, sonradan “kişi içkisi” adlandırılıb )

Bəs evdar qadınlara, ümümiyyətlə bütün  qadınlara qarşı olan bu münasibəti necə  aradan qaldırmaq olar?

Maariflənməklə! Hüquqları pozulan qadınlar ancaq maariflənməklə  və öz haqqlarını bilib müdafiə etməklə bu ayrıseçkiliyə son qoya bilərlər. Çünki bu ölkənin gələcək vətəndaşlarını yetişdirən və tərbiyə edən qadınlardır. Ancaq savadlı, maarifpərvər və müasir dünyagörüşlü qadının tərbiyə etdiyi bir  nəsil qadın haqqlarına, gender bərabərliyi məsələsinə hörmətlə yanaşa bilər.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: