Ünsiyyət baharı…

Ünsiyyət cəmiyyətin ən vacib və ayrılmaz amilləridən biridir. Onun insanlar arasında nə dərəcədə inkişaf etməsi və qurulması isə elə bizim özümüzdən asılıdır. İstər yazılı, istər şifahi ünsiyyət ən azı iki nəfərin iştirakı ilə həyata keçir ki, bu zaman bir araya gələn insanların düşüncə tərzləri, həyat təcrübəsi, danışığı, geyim üslubu və başqa cəhətləri bir- birindən tamamilə fərqlənir. Belə olduqda isə ünsiyyət zamanı anlaşılmazlıqların baş verməsi qaçılmazdır. Halbu ki, bu cür anlaşılmazlıqların qarşısını almaq və ya onları aradan qaldırmaq çox asandır. Ünsiyyətin sadəcə bir neçə “qızıl qaydalarını” bilmək kifayətdir ki, öz fikrini başqalarıyla sərbəst bölüşəsən və insanlarla səmimi münasibətlər qura biləsən! Bu qaydalar əlbəttə ki, mənim kəşf etdiyim yeniliklər deyil, illər ərzində insanlar tərəfindən sınanmış və müsbət qəbul edilmiş qaydalardır. Mən sadəcə onları daha sistemli şəkildə nəzərinizə çatdıracağam. Odur ki…..

1. AXIRACAN DİNLƏ! Dinləmə mədəniyyəti ünsiyyətdə ən vacib faktordur. Həmsöhbətinin sözünü sonacan deməyini gözlə və ona fikrini tam ifadə etməsinə imkan ver. Nəzər almaq lazımdır ki, bəzi insanlar dəqiq nə demək istədiklərini birbaşa yox, dolayı yollarla ifadə edirlər və ya fikirlərini tam çatdırmaqda çətinlik çəkirlər. Ona görə GÖZLƏ! Onda özün də görəcəksən ki, qarşındakını başa düşmək əslində çox asandır.

2. DİQQƏTLİ OL! Əvvəl də qeyd etdiyim kimi, bəzi insanlar əslində nə demək istədiklərini birbaşa yox, dolayı yollarla ifadə edirlər. Yəni ki, belələrinin fikri səni hədələmək və ya əksinə, səni necə sevdiyini göstərməkdirsə bunu birbaşa yox, “açar” sözlərlə sənə çardırırlar. Odur ki, diqqətli olmaq və həmsöhbətinin sözlərinin əsl mənasını tutmaq lazımdır!

3. SORUŞ! Əgər onun fikri sənə yenə də aydın deyilsə sözünü təkraralamasını və ya izah etmısini ( amma kobud tərzdə yox) xahiş et. Hərhalda bu sonradan yaranacaq anlaşılmazlıqdan daha yaxşıdır 🙂

4. “ƏRƏB ÜSULU” NA MÜRACİƏT ET! Fikirlərin toqquşması zamanı hərə öz tərəfini müdafiə edir və bəzən hər ikisinin dediyində heç bir həqiqət olmasa da “Mən haqlıyam” prinsipiylə digərinin gətirdiyi dəlilləri məntiqsiz hesab edir. Bu zaman yaxşı olar ki, bir ortaq nöqtə tapılsın və mübahisəyə son qoyulsun. Bunun üçün ən uyğun yol mübahisə doğuran məsələni onu dəqiq bilən birindən soruşmaqdır. Necə ki, qədimdə ərəblər belə edirdi ( Əgər iki ərəb bir mövzuda mübahisə edərdisə onu 3-cü bir nəfərdən soruşardılar və bu 3-cü şəxs uşaq olsa idi belə onun dediyi doğru qəbul edilirdi və mübahisəyə son qoyulurdu)

5. DİNLƏDİYİNİ BÜRUZƏ VER! Həmsöhbətin danışarkən diqqətinin onda olduğunu göstərmək üçün söhbəti gedən mövzu ilə bağlı ona suallar ver və ya öz əlavələrini et. Qoy dinlənildiyini, dialoqda olduğunu və “leksiya” aparmadığını hiss etsin 🙂

6. MÜNASİB YER VƏ VAXT SEÇ! Yerin və vaxtın düzgün seçilməsi unsiyyətdə böyük rol oynayır. Əmin ol ki, söhbətin getdiyi yerdə və həmin vaxtda sizə mane olan kimsə və ya nəsə olmayacaq. Məsələn tutaq ki, sən hər hansı şirkəti təmsil edirsən və əməkdaşlığınız olduğu digər şirkətdən bir nəfəri dostunun ad günü “party” sində görürsən. Çox güman ki, bu qədər adam içində və səs-küydə onunla iş barədə söhbət etməyəcəksən və daha münasib bir yer və vaxt seçəcəksən 🙂 Necə deyərlər, hər söhbətin öz yeri var!

7. SÖZLƏRİNƏ EMOSİYA QAT! Danışarkən jestlərdən, mimikalardan istifadə et və səsinin tonuna, çalarlığına fikir ver. Eyni tempdə, “beyni yoran” və monoton səslə danışma! Bu xüsusən gündəlik söhbətlərə və qeyri-rəsmi münasibətlərə aiddir. Quru və emosiyasız nitq bu cür danışan insanın digərləri tərəfindən ” uuuffffff yenə bu gəldi!! ” kimi ifadələrlə ilə qarşılanmasına və nəticədə ünsiyyətin də uğursuz olmasına gətirib çıxarır

8. “QISA VƏ YIĞCAM DANIŞ” Sözü boş-boşuna uzatmağın və “çürükçülük” etməyin heç bir mənası yoxdur. Bu zaman əldə edəcəyin tək şey səni dinləyənin vaxtını almaq və “boşboğaz” adını almaq olacaq 🙂 Ona görə də fikrini qısa, konkret və səliqəli şəkildə ifadə et.

9. “BƏDƏN DİLİ” NƏ DİQQƏT!!! Əgər görsən ki, qarşındakı sən danışarkən kənarlara baxır, gözünü qaçırır və ya qolunu qoluna salıb əsnəyir bu o deməkdir ki, o səni heç eşitmir! Diqqəti səndə deyil və söhbətin ona maraqlı gəlmir. Bu zaman yaxşısı budur fikirini yekunlaşdır və söhbəti davam etdirmək üçün daha münasib vaxt seç.

Bu qaydalar uğurlu ünsiyyətin qurulmasına, insanlar arasında anlaşılmazlıqların aradan qaldırılmasına və konfliktlərin qarşısınin alınmasına böyük rol oynayan qaydalardır. Oxuyanlar üçün müsbət nəticələr verəcəyinə inanıram.
Bəs mən özüm bu qaydalara nə dərəcədə əməl edirəm? Çalışıram..amma bunu ən yaxşı qarşımdakı mənə deyə bilər. ( Pozitiv cavaba görə təşəkkürlər) 😀

2 comments

  1. DeJuR · · Reply

    That’s cooool…. 🙂 Good luck, dear.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: