Bloq yazılarımı artıq turkan.us ünvanından oxuya bilərsiniz.
Təşəkkürlər
2010-un “İN” ləri və “OUT” ları
2010-cu ilin bitməsinə az qalıb. Müşahidələrimə əsasən, bu il ərzində gənclərin daha çox hansı məşğuliyyətlələrə meyl etməsini, gənclər arasında nələrin dəbdə, yəni İN və nələrin OUT olmasını sizinlə bölüşürəm. Read more…
Status xəstəliyi
What’s on your mind?…
Facebookun insanların həyatına necə təsir etməsi artıq göz qabağındadır. Facebook aludəciləri əvvəlcə harada və kim ilə nə etdiklərini hər dəqiqə statusda yazırlar. Şəxsin profilinə baxırsan, azı hər 10 dəqiqədən bir status dəyişir. Mən hələ bir qız tanıyıram, dərs danişmağa durmazdan əvvəl yazıb…”bir azdan dərsə cavab verməliyəm çox həyəcanlıyam..” dərsi danışıb gəlib oturub yerində..”Oofff..müəllim ağzımı açmağa imkan vermədi həyəcandan nə danışdım bilmədim”
Read more…
I will be there..
Scorpions qrupundan “Still loving you”.. Bu elə mahnılardandı ki, demək olar hər gün dalbadal qulaq asmaqdan bezmirəm. Dəxli yoxdu əhvalım necədi..depressiyada, qəmgin və ya şad, super enerjili ..heç fərqi yoxdu, bu mahnını çox sevirəm. Bəzən elə olub səhərlər yuxudan oyananda elə bil mahnının sözlərini mırıldanaraq oyanmışam
Necə olur bilmirəm amma məndə bəzən belə hallar baş verir..hər səhər bir mahnıyla oyanıram
Sözləri çox gözəldi..”Time, it needs time..To win back your love again. I will be there, I will be there..Love, only love Can bring back your love someday..I will be there, I will be there…” ardına mahnıdan pliizzz
Sevdiyin musiqi sənin haqqında çox şeyi deyir..
Duetimiz :)
Qardaşımla oxuduğumuz mahni..daha doğrusu oxumağa çalışdığımız
Niluferin “Çok Uzaklarda” mahnısı. Amma Bakıda yazılmayıb, Fevral ayında Zaqatalada olanda orada yazdırmışdıq
Minus üzərindən gitara ilə qardaşım Sinan Devricov ifa edir. Düzü mahnı seçimi elə də ürəyimcə olmadı çünki türkcə ifa istəmirdim, nəisə məncə əla olmasa da pis deyil
Sizcə?
Heç nə..
Nə yazım..neçə gündür başım qarışıqdı necə olduğumu da bilmirəm..
Yorğun amma eyni zamanda rahatam..
Əsəbi amma “relaxed”..
Həm qışqırmaq istəyirəm həm də susub oturmaq..
Nə edəcəyimi də bilmirən amma çoxlu məqsədlərim var..
Yuxum gəlir. Amma oyaq qalmaq istəyirəm
Çoxlu dostlarım var amma eyni zamanda təkəm
İstəyirəm bütün aqressiyamı töküm bəzi qədirbilməzlərin üstünə, sonra deyirəm əəşşşiii nə işinə qalıb eee boş ver getsin ..(amma olmur
)
Bir də bu lənətə gəlmiş sakitlik..Elə bil hamı lal kar olub zəhləm gedir sükutdan
OOOOOOOFFFFFFFFFF….Bir adam eynivaxtda bu qədər qarışıq hissləri necə yaşaya bilər bilmirəm amma mən bacarıram. Kaş iki yerə bölünmək mümkün olardı eyni vaxtda iki mən bunları edərdim, tək mən yox. Sonra yenə birləşərdim
Nəisə bu qədər… Amma yoooxx bunu demədim..bir şeyə sevinirəm. Daha uşaq deyiləm və həqiqətləri təəssüf ki, görürəm. Bir də ki, bu yazını yazdıqca hiss edirəm özümü sevirəm
Mən çox dəyərliyəm
![]thump up](http://turkandevrijova.files.wordpress.com/2010/11/thump-up.png?w=111&h=97)
